"Partizani"nin baş məşqçisi: "Qarabağ" keçilməz deyil"

"Partizani"nin baş məşqçisi: "Qarabağ" keçilməz deyil"
Futbol
09 İyul 2019 - 10:32
 

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyun ərəfəsində "Partizani"nin baş məşqçisi Franko Lerda açıqlama verib.

Supersport.Az-ın Albaniya mətbuatına istinadən məlumatına görə, 52 yaşlı italiyalı mütəxəssis rəqib komandanı keçməyin mümkün olduğunu bildirib:

"Oyunçu siyahısı ümumidir, ancaq klubun üstün olan tərəfləri də var. Futbolçuları şəxsən tanımırdım. Buna görə fərqli videolar izlədim. Təbii ki, son dəyişikliklərin ardından hazırlıq mərhələsindəki oyunçularla gənclər arasında balansın pozulması normaldır. İndi təkcə fiziki yox, taktiki və texniki cəhətdən də hazır olmalıyıq. Çox vaxtımız yoxdur, maksimum yaxşı hazırlaşmalıyıq. Cəmi 20 gündür burdayam. Heyətdəki dəyişikliklərdən sonra da heç kimdən ən yaxşı vəziyyətdə olmağı gözləyə bilmərəm.

Məqsəd Çempionlar Liqasında mərhələ adlamaqdır. "Qarabağ" güclü komandadır və belə turnirlərdə iştiraka öyrəşib. Ancaq futbolda hər şeyin mümkün olduğunu bilirik. "Qarabağ" qüvvətli olsa da, keçilməz deyil. Bizə çox çətin olacaq. İlk oyundan əvvəl gözəl futbol və birlikdə mübarizə əzmi olacağını düşünürəm.

"Partizani" üçün gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaq çətin olacaq. Klub uzun illər idi buna çalışırdı. Bu tempi qorumağın daha çətin olacağını bilirik. Ancaq yenə də ən yaxşısına ümid edirik. Təbii ki, "Partizani" əvvəlkindən fərqli olacaq. Çünki hər məşqçinin müxtəlif futbol fəlsəfəsi və xarakteri var".

Digər xəbərlər