"Neftçi" Moldovaya gedir

"Neftçi" Moldovaya gedir
Futbol
08 İyul 2019 - 23:13
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Neftçi" qarşılaşacağı "Sperantsa" ilə səfər oyununun hazırlığını davam etdirir. Komanda bu gün Bakıda məşqə çıxıb. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib. "Ağ-qaralar" sabah səhər məşqindən sonra Moldovaya yola düşəcək.

Xatırladaq ki, iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək "Sperantsa" – "Neftçi" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Digər xəbərlər