"Qəbələ" Ukrayna klubuyla qarşılaşacaq

"Qəbələ" Ukrayna klubuyla qarşılaşacaq
Futbol
06 İyul 2019 - 16:19
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıq prosesinin ikinci gününü arxada qoyub. Komandamız günü iki məşqlə yekunlaşdırıb. Günün birinci yarısında futbolçular fitness çalışmaları yerinə yetiriblər. Günün ikinci yarısında isə komanda toplu və topsuz çalışmalar gerçəkləşdirib. Bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı məşq edib.

Supersport.Az-ın məlumatına görə, "Qəbələ" sabah Bakı vaxtıyla saat 18:30-da Ukrayna premyer liqasının "Mariupol" klubuyla yoxlama oyunu keçirəcək. Rəqib komanda bundan əvvəl Türkiyənın ikinci liqa komandası "Darikaspor"la qarşılaşacaq.

Digər xəbərlər