"Qarabağ"ın Çempionlar Liqası heyəti

"Qarabağ"ın Çempionlar Liqası heyəti
Futbol
06 İyul 2019 - 11:21
"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya "Partizani"si ilə oyunları üçün heyətini UEFA-ya göndərib.

Supersport.Az-ın kluba istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu olmaqla 22 futbolçu sifariş edib.

Qapıçılar:
 Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev
Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Donald Gerye

Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı

Hücumçu: Mahir Əmrəli

Xatırladaq ki, "Partizani" ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.

 

Digər xəbərlər