"Atletiko"dan rekord transfer - 126 milyon

"Atletiko"dan rekord transfer - 126 milyon
Futbol
03 İyul 2019 - 22:37
"Atletiko" "Benfika"nın futbolçusu Joao Feliksi heyətinə cəlb edib.

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, İspaniya klubu 19 yaşlı oyunçu üçün 126 milyon avro ödəyərək, tarixində transfer rekordu vurub. Feliks "Benfika"ya satışdan ən çox gəlir qazandıran futbolçu olub.

Portuqaliyalı ulduzla 5+1 il müddətinə müqavilə imzalanıb.

Neymar, Koutinyo və Mbappenin ardından Feliks, dünyanın ən bahalı 4-cü transferi olub. Bir il əvvəl onun qiyməti 2 milyon avro idi.

 

 

Digər xəbərlər