Silahlı Qüvvələr Günündə ən güclü futbol komandası müəyyənləşdi

Silahlı Qüvvələr Günündə ən güclü futbol komandası müəyyənləşdi
Futbol
29 İyun 2019 - 21:47
Nərimanov rayonu ərazisində yerləşən 200 saylı orta məktəbin futbol meydançasında 26 iyun Silahlı Qüvvələr gününə həsr olunan mini-futbol üzrə turnir keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanlari Federasiyasi tərəfindən uşaqlar arasında keçirilən yarışda 3-4-cü yerlər uğrunda Səbail və Yasamal rayon komandaları, final oyununda isə Nərimanov və Xətai rayonlarının komandaları qarşılaşıb. Hər iki görüş çox gərgin keçib. Səbail rayon komandası qalib gələrək turnirdə III yeri tutmuş, Xətai rayon komandası II yeri, Nərimanov rayon komandası isə turnirin qalibi olub.

Qalib komandalara Baş İdarə tərəfindən müvafq dərəcəli diplom, medallar və kubok təqdim olunub.

Digər xəbərlər