"Qarabağ" yüklənmiş vəziyyətdə - Qurban Qurbanovun açıqlaması

"Qarabağ" yüklənmiş vəziyyətdə - Qurban Qurbanovun açıqlaması
Futbol
25 İyun 2019 - 22:33
Supersport.Az-ın məlumatına görə, Avstriyada ikinci yoxlama oyununda Rumıniyanın "Krayova" klubuyla qolsuz heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

"Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq.  Üç gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komandaydı" - deyə, mütəxəssis komandanın saytına söyləyib.

Digər xəbərlər