Mahir Əmiraslanov finalda

Mahir Əmiraslanov finalda
Digər, Güləş
25 İyun 2019 - 21:19
Belarus paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Supersport.Az xəbər verir ki, bu gün sərbəst güləş yarışlarına start verilib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulub.

Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı son dünya çempionu Zaur Uquyevlə qarşılaşan Əmiraslanov əzmkar qələbə fonunda finala vəsiqə qazanıb.

Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib. Soner Demirtaşın finala yüksəlməsi Hacıyevə təsəlliverici görüşə çıxmaq imkanı verib.

Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb. Ancaq finalın bir addımlığında Rusiya idmançısına uduzan Qostiyev ümidini bürünc medala bağlayıb.

Camaləddin Məhəmmədov 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub.

Bu çəkilərdə təsəlliverici və medal görüşləri sabah - iyunun 26-da keçiriləcək.

57 kq
1/8 final - Mahir Əmiraslanov - Georgi Vangelov (BUL) 6:5
1/4 final - Mahir Əmiraslanov - Vladimir Yeqorov (MKD) 4:0
1/2 final - Mahir Əmiraslanov - Zaur Uquyev (RUS) 3:2
FİNAL - Mahir Əmiraslanov - Stevan Miçiç (SRB)

74 kq
1/8 final - Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) 3:4
Təsəlliverici görüş - Hacımurad Hacıyev - Kirillos Binenmpaum (GRE)

86 kq
1/8 final - Aleksandr Qostiyev - Deniv Balaur (MDA) 7:1
1/4 final - Aleksandr Qostiyev - Sandro Aminaşvili (GEO) 6:2
1/2 final - Aleksandr Qostiyev - Dauren Kuruqliev (RUS) 3:6
Bürünc medal görüşü - Aleksandr Qostiyev - Miles Nazem Amin (SMR) / Zbiqniev Baranovski (POL)

125 kq
1/8 final - Camaləddin Məhəmmədov - Vitali Piasniak (BLR) 6:0
1/4 final - Camaləddin Məhəmmədov - Daniel Ligeti (HUN) 6:5
1/2 final - Camaləddin Məhəmmədov - Givi Matçaraşvili (GEO) 2:4
Bürünc medal görüşü - Camaləddin Məhəmmədov - Jere Heyno (FİN) / Rares Çintoan (ROU)

 

Digər xəbərlər