"Neftçi"nin potensial rəqibini birinci liqa klubu darmadağın etdi - Şəkil

"Neftçi"nin potensial rəqibini birinci liqa klubu darmadağın etdi - Şəkil
Futbol
20 İyun 2019 - 22:59


Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibi, Rusiya Premyer Liqasını 6-cı pillədə başa vuran "Arsenal" yoxlama oyununda birinci divizionun "Avanqard" klubu qarşısında aciz qalıb.

Kursk klubu səfərdə Tula komandasının qapısına 4 qol vurub. 

"Arsenal" stadionunda keçirilən oyunda "Avanqard"dan hücumçu Artyom Fedçuk (16), müdafiəçi Kiril Qotsuk (25), havbek Xaçim Maşukov (43) və forvard Roman Minayev (73) fərqlənib. 

"Arsenal"ın heyəti belə olub:

Levaşov (Şamov, 46), Vulfov (Melnikov, 46), Kombarov, Хaquş, Denisov (Rodinkov, 46), Kone (İvakin, 46), Rahim Sadıxov (Sulakvelidze, 46), Qorbatenko (Minqazov, 46), Tkaçev (Fediçev, 46), Acoyev (İzotov, 46), Kanqva (İlyin, 46).

Эв.jpgТ.jpg

Digər xəbərlər