UEFA "Neftçi"nin oyununun yerini dəyişdi

UEFA "Neftçi"nin oyununun yerini dəyişdi
Futbol
19 İyun 2019 - 07:58
Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Speranta" klubu ilə qarşılaşacaq "Neftçi"nin ilk oyununun yeri dəyişdirilib.

Superport.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, "ağ-qaralar" Moldova təmsilçisini iyulun 11-də Bakıda qəbul etməli, cavab matçı isə səfərdə keçirilməli idi. Lakin UEFA bu oyunun yerini dəyişib. İlk görüş iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.

Qeyd edək ki, cavab matçı isə bir həftə sonra – ayın 18-də 8-ci km stadionunda olacaq.

Digər xəbərlər