Rəşad Sadıqov: "Partizani" təhlükəli komandadır"

Rəşad Sadıqov: "Partizani" təhlükəli komandadır"
Futbol
18 İyun 2019 - 19:30
"Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı çıxış edəcəyik". 

Supersport.Az  xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirən təcrübəli müdafiəçi, Albaniya çempionu "Partizani"nin asan rəqib olmadığını bildirib:

"Ötən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi təhlil edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, burda hər rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".

Digər xəbərlər