"Qarabağ" Avstriyaya gedir - Foto

"Qarabağ" Avstriyaya gedir - Foto
Futbol, Foto
18 İyun 2019 - 11:49
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasına hazırlığın ikinci mərhələsini keçirmək məqsədilə "Qarabağ" bu gün səfərə yollanır.

Azərbaycanın yeddiqat çempionu təyyarəyllə əvvəlcə Bakı - İstanbul - Münxenə oradan isə Avstriyaya gedəcək.

"Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın "Ludoqorets", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq.

Digər xəbərlər