Ruslan Abışovun yeni klubu - xəbərimiz təsdiqləndi

Ruslan Abışovun yeni klubu - xəbərimiz təsdiqləndi
Futbol
13 İyun 2019 - 16:17
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, paytaxt təmsilçisi "Neftçi"dən ayrılan Ruslan Abışovla 2 illik müqavilə imzalayıb. Supersport.Az "Sabah"ın futbolçuyla bu müddətə kontrakt bağlayacağı xəbərini ilk olaraq vermişdi.

Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra "Xəzər Lənkəran", "Qəbələ", "İnter" və Rusiyanın "Rubin" klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

Digər xəbərlər