20 yaşında 100-cü qolunu vurdu

20 yaşında 100-cü qolunu vurdu
Futbol
12 İyun 2019 - 16:00
AÇ-2020-nin seçmə mərhələsində Andorra ilə oyun Fransanın yığmasının hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

 

Supersport.Az xəbər verir ki, qarşılaşmada dubl edən futbolçu karyerasının 100-cü qoluna imza atıb.

 

Super ulduz "Monako", PSJ və Fransa milli komandasında 180 oyuna 100 qol vurub. O buna 20 yaş 137 günündə çatıb.

 

 

Digər xəbərlər