Yurgen Klopp: "7 finalda uduzsam da, indi sevindim"

Yurgen Klopp: "7 finalda uduzsam da, indi sevindim"
Futbol
02 İyun 2019 - 09:55


Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının finalında "Tottenhem"ə iki qolla qalib gələn "Liverpul"un alman baş məşqçisi Yurgen Klopp açıqlama verib.

"Komandamız və rəqibimizin ən yaxşı oyunu olmadı. Qapıçımız Alisson haqda hansı sözü deyəcəyimi bilmirəm. Mən 7 finalda məğlub olsam da, axır ki, indi sevinə bildim. Azarkeşlərimiz və ailəm mənə çox dəstək verdi. Hamı sevidniyi üçün xoşbəxtəm. Mənə görə çox əziyyət çəkdilər. Bütün oyunçularım sonadək döyüşdülər. Həyatımın ən xoşbəxt günüdür. Avropa çempionluğu üçün çox çalışdıq, inkişaf etmək üçün vaxt getdi. Artıq rahat nəfəs ala bilərik".

Digər xəbərlər