“Başakşəhər”dən ayrılan Abdullah Avcının “Beşiktaş”ın sükanı arxasına təyinatı rəsmiləşib.
Supersport.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul nəhənginin təcrübəli çalışdırıcı ilə 3 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Avcı “Beşiktaş”da bir müddət öncə Türkiyə millisinə baş məşqçi təyin olunan Şenol Günəşi əvəzləyib.