Bakı finalında "Çelsi" "Topçular"ı topla döydü

Bakı finalında "Çelsi" "Topçular"ı topla döydü
Futbol
30 May 2019 - 00:53
Supersport.Az-ın məlumatına görə, bu gün Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının qalibi müəyyənləşib. 

Qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün final oyununda iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları qarşılaşıb.

Premyer Liqanı 3-cü pillədə bitirərək, Çempionlar Liqasına vəsiqə qazanan "Çelsi" mövsümü titulla bitirməyə çalışıb.

"Arsenal" üçün isə Avroliqanın qalibi olmaq ikiqat mühüm idi. Çünki "topçular" yalnız bu halda növbəti mövsüm Çempionlar Liqasında iştirak edə biləcəklərdi. Buna qədər "Sevilya"ya 3 dəfə Avropa Liqasının kubokunu qazandıran ispan mütəxəssis Unay Emeri "Arsenal"da da eyni uğuru təkrarlamaq arzusunda idi.

"Çelsi" - "Arsenal" finalına gəlincə, birinci komanda 4:1 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb.

Avropa Liqası

Final

29 may

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) 4-1


Bakı Olimpiya Stadionu. 

Qollar: Oliver Jiru 49, Pedro Rodriges 60, Eden Hazard  65-pen., 72 - Aleks İvobi 69

Baş hakim: Canluka Rokki (İtaliya)

Köməkçilər: Filippo Meli, Lorenzo Manganelli
Dördüncü hakim: Daniele Orsato


UEFA nümayəndəsi: Sandor Berzi (Macarıstan)


Hakim-inspektor: Vladimir Sajn (Sloveniya)

Digər xəbərlər