Elvin Məmmədov klubunu dəyişdi

Elvin Məmmədov klubunu dəyişdi
Futbol
28 May 2019 - 18:51
"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Supersport.Az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Elvin Məmmədovla anlaşıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
 Qeyd edək ki, daha öncə 2016/17 mövsümündə də "qartallar"ın şərəfini qoruyan Məmmədov indiyə qədər "Turan", "Qarabağ", "Bakı", "İnter", "Qəbələ" və "Sumqayıt"da forma geyinib. Elvin həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.

Digər xəbərlər