Məsut Özildən "Azərbaycanlı qardaşlarım" ismarıcı - Foto

Məsut Özildən "Azərbaycanlı qardaşlarım" ismarıcı - Foto
Futbol, Foto
24 May 2019 - 10:52
"Arsenal"ın futbolçusu Məsut Özil Bakıya səfər ərəfəsində mesaj göndərib. 

Supersport.Az-ın məlumatına görə, sosial şəbəkədə açıqlama yayan türk əsilli alman yarımmüdafiəçi finala kimi qalan günləri səbirsizliklə gözlədiyini bildirib.

O, Azərbaycan dilində yerli fanatlara da səslənib:

"Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək".
 Qeyd edək ki, Avropa Liqasının "Arsenal" - "Çelsi" final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda  keçiriləcək.

Digər xəbərlər