Samboçumuz ermənini udub mükafat qazandı

Samboçumuz ermənini udub mükafat qazandı
Digər, Sambo
23 May 2019 - 15:08
Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb. 

Supersport.Az saytının məlumatına görə, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb. 82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.

Digər xəbərlər