"Qarabağ"ın vitse-prezidenti "Neftçi"ni tənqid etdi - məsləhət verdi - Video

"Qarabağ"ın vitse-prezidenti "Neftçi"ni tənqid etdi - məsləhət verdi - Video
Futbol, Eksklüziv, Video
13 May 2019 - 15:49
Supersport.Az Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Neftçi"ni məğlub edən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin fikirlərini videogörüntüyə alıb.


Klub rəsmisi, qarşıdakı mövsüm büdcədə dəyişiklik olmayacağını bildirib:

"Qarşımızdakı klublar o qədər nəhəng klublardı ki, bizim onlara çatmaq üçün heç bir imkanımız yoxdur. Buna görə də nə etməliyik? Əhval-ruhiyyəmizi və xalqımızın dəstəyini arxamıza alıb keçmiş dönəmlərdəki o gözəl, uğurlu çıxışları təkrarlamalıyıq. Bizim hədəfimiz Avropada çempion olmaq yox, Qarabağ adını layiqincə tanıtmaqdır".

Vitse-prezident qeyd edib ki, yenidən Çempionlar Liqasının qrupuna vəsiqə qazanılmalıdır:

"Qaydalar dəyişib və daha çətindir. Amma əlimizdən gələn qədər çalışacağıq. Mən özümdən də, klubumdan da bunu tələb edirəm. Niyə də olmasın?"

"Qarabağ" azərbaycanlılar üçün bir klubdan üstündür. Dövlət tərəfindən sizə hansısa bir dəstək olurmu" sualını klub rəsmisi, cavablandırıb:

"Xeyr, klubların hər birinin ayrıca sponsoru var və düşünürəm ki, ciddi dəstəyə ehtiyacımız yoxdu. Təlim-məşq toplanışı planlaşdırılıb, öz ayağımız üzərində durmağı bacarırıq".

"Qarabağ"ın idarəçisi, "Neftçi"nin biletləri 50 manata artırmasını tənqid edib:

"Bu artımı başa düşə bilmədim. Mən "Neftçi"nin məsləhətçisi olsam, deyərdim ki, 50 manata az adam gələcək, amma 20 manat olsa, ümumi gəlir bundan qat-qat çox olacaq. Mən istərdim ki, bu gün stadion dolu olsun, amma olmadı. Canınız sağ olsun. Rəqibin də öz hüququ var, biz də hörmətlə yanaşırıq".

 

Digər xəbərlər