"Qəbələ" - "Sumqayıt" finalında İnqilab olacaq

"Qəbələ" - "Sumqayıt" finalında İnqilab olacaq
Futbol
13 May 2019 - 14:47
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb.

Mayın 19-da keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçını İnqilab Məmmədov idarə edəcək.

Naxçıvanda təşkil olunacaq qarşılaşmanın hakim köməkçiləri Rahil Ramazanovla Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Finalda Vüsal Əliyev hakim-inspektor, Eldəniz Musayev AFFA nümayəndəsi olacaq.

Azərbaycan Kuboku

Final

19 may (bazar)

"Qəbələ" – "Sumqayıt"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Naxçıvan Muxtar Respublikası Stadionu

Digər xəbərlər