"Neftçi"nin baş məşqçisi ikinci yerdən razıdır

"Neftçi"nin baş məşqçisi ikinci yerdən razıdır
Futbol
12 May 2019 - 12:47
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 28-ci turunda "Qarabağ"a məğlub olan "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini bildirib.

"Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam. Düzdür, biz birinci yerdə idik, amma bəzi oyunlarda xallar itirdik. Sonadək mübarizə apardıq. Oyun məni qane etdi. "Qarabağ" bunadək çempionluğu təmin etsə də, hər iki komanda yaxşı oyun göstərdi. Ümumilikdə çempionatı dəyərləndirsəm, komandamızın oyunundan razıyam. Çempionluq uğrunda güclü komandaya qarşı mübarizə apardıq. Moldova və Azərbaycan çempionatlarının hərəsinin öz yeri var. Burada çox yaxşı futbolçular gördüm. Onlarla işləmək xoşdur. Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq".

Digər xəbərlər