"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi

"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi
Futbol
05 May 2019 - 22:07

  1. Supersport.Az-ın məlumatına görə, bu gün İstanbulda Superliqanın 31-ci turunda "Qalatasaray" - "Beşiktaş" derbisi keçirilib. Meydan sahibləri 2 qolla qalib gəlib.


Bakı vaxtıyla 20:00-da başlayan oyunu baş hakim Bülənt Yıldırım idarə edib.


"Qalatasaray" - "Beşiktaş" 2-0 

Qollar: Onyekuru 44, Fernando 55

Bu qarşılaşma çempionluq yolunda hər iki komanda üçün mühümdür.

"Beşiktaş" 66 qolla ən çox fərqlənib.

"Qartallar"ın əsas silahı Burak Yılmaz meydana buraxılsa Superliqada 300-cü matçına çıxacaq.

"Beşiktaş", "Qalatasaray", "Trabzonspor", "Fenerbahçe", "Eskişehirspor" və "Manisaspor" formalarıyla 299 oyun keçirən təcrübəli futbolçu, 175 qol vurub.

33 yaşlı forvard son 6 qarşılaşmada 7 dəfə rəqib qapılarına yol tapıb. Dövrəarasında transfer edilən futbolçu, 12 matçda 11 qol vurub.

Burakla Kuarejma bu oyunda sarı vərəqəylə cəzalansa, növbəti turu buraxacaq.

Komandada Qari Medel zədəlidir.

"Beşiktaş"ın təxmini derbi heyəti:

Loris Karius, Gökhan Gönül, Domaqoy Vida, Nikolas Isimat-Mirin, Adriano Korreya, Atiba Hatçinson, Dorukhan Toköz, Lens Cermeyn (Rikardo Kuarejma), Adem Lyaiç, Caner Erkin, Burak Yılmaz.

"Qalatasaray"da zədəli Konstantinos Mitroğlunun durumu oyun saatında müəyyənləşəcək.

"Sarı-qırmızılı" komandada Yunes Belhanda, Emre Akbaba, Martin Linnes və Emre Taşdemir sarı vərəqəylə cəzalansa, 32-ci turu buraxacaq.

"Qalatasaray" meydanında qələbə qazansa, 35-ci məğlubedilməzlik rekordunu yeniləyəcək.

"Türk Telekom Stadionu"nda son 34 oyunu uduzmayan "Aslanlar", 1996-1998-ci illərdə evində 35 oyunun 29-da qalib gəlib, 6-da heç-heçə edib.

"Qalatasaray" ən çox məğlubedilməz olaraq, 2016-2017-ci il mövsümünün 30-cu turundan indiyə qədər komanda meydanında 29 qələbəyə sevinib, 5 oyunda bərabərə qalıb.

"Qalatasaray" son 16 matçda məğlubiyyəti unudub, 14-cü turda "Beşiktaş"a bir qolla uduzduqdan sonra 10 qələbə qazanıb, 6 heç-heçə edib.

"Aslanlar"ın seneqallı futbolçusu Mbaye Dian "Qartallar"ın qapısına yol tapsa, rekorda şərik olacaq. 

Superliqada "Kasımpaşa" formasıyla 20, "Qalatasaray"da isə 8 qol sevinci yaşayan Dian, derbidə fərqlənsə hazırkı komandasının keçmiş oyunçusu Bafetimbi Qomisin rekordunu təkrarlayacaq.

Qomis, ötən mövsüm 33 çempionat oyununda 29 qol vuraraq Superliqada bir sezonda ən çox qol vuran əcnəbi oyunçu olub.

"Qalatasaray"ın təxmini derbi heyəti: 

Fernando Muslera, Mariano Filho, Kristian Luyindama, Markao, Martin Linnes (Yuto Naqatomo), Fernando Reges, Badu Ndiaye, Sofyan Fequli, Yunes Belhanda, Henri Onyekuru, Mbaye Dian.

Vüsal Şirəliyev












































































































































































































































#KomandaOQHMVBT-FXal
1Medipol Başakşehir31189445182763
2Galatasaray30179462293360
3Beşiktaş30178566392759
4Trabzonspor30158753391453
5Aytemiz Alanyaspor30126123235-342
6Antalyaspor30126123447-1342
7Yeni Malatyaspor30118114140141
8Çaykur Rizespor3191394343040
9Atiker Konyaspor3081483333038
10Kasımpaşa31115154956-738
11Sivasspor31910124145-437
12Fenerbahçe31813103842-437
13Kayserispor30910112941-1237
14MKE Ankaragücü31107143348-1537
15BB Erzurumspor31711133339-632
16Göztepe3093182837-930
17Bursaspor31515112536-1130
18Akhisarspor3067173048-1825



Digər xəbərlər