"Başakşəhər" yenə büdrədi

Futbol
04 May 2019 - 09:13
Türkiyə Superliqasında 31-ci tura start verilib.
Supersport.Az-ın məlumatına görə, turun açılış oyununda lider "Başakşəhər" "Sivasspor"un qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb. Beləliklə, İstanbul təmsilçisi növbəti dəfə vacib xal itirib. "Qalatasaray" bu turda "Beşiktaş"a qalib gələcəyi təqdirdə, "Başakşəhər"ə çatacaq.
Xatırladaq ki, Abdullah Avcının komandası bundan əvvəlki tur "Göztəpə"yə 0:2 hesabı ilə uduzmuşdu.

Lider "Başakşəhər"in hazırda 63 xalı var. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" 59 xalla 3-cüdür. "Sivasspor" isə 37 xalla 11-ci pillədə qərarlaşıb.