"Arsenal"dan əzmkar qələbə, Almaniyada heç-heçə

"Arsenal"dan əzmkar qələbə, Almaniyada heç-heçə
Futbol
03 May 2019 - 01:48
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, Almaniya "Ayntraxt"ı İngiltərənin "Çelsi" klubunu qəbul edib. Qarşılaşma qollu heç-heçəylə başa çatıb.

Günün digər qarşılaşmasında "Arsenal" Londonda "Valensiya"ya asanlıqla qalib gəlib.

Yarımfinalın cavab matçları mayın 9-da baş tutacaq.

Avropa Liqasının final oyunu mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası, yarımfinal, ilk oyunlar

2 may

"Ayntraxt" (Almaniya) – "Çelsi" (İngiltərə) 1:1

Qollar: Yoviç, 23 – Pedro, 45.


Baş hakim: Karlos del Serro (İspaniya)

"Arsenal" (İngiltərə) – "Valensiya" (İspaniya) 3:1

Qollar: Lakazette, 18; 26. Obameyanq, 90+1 – Diakabi, 11.


Baş hakim: Kleman Tyürpen

Digər xəbərlər