Naxçıvanda "Qəbələ" - "Sumqayıt" finalı keçiriləcək

Naxçıvanda "Qəbələ" - "Sumqayıt" finalı keçiriləcək
Futbol
01 May 2019 - 22:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Kubokunda finalçılar məlum olub.

Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edən “Qarabağ” 2-1 hesabı ilə qalib gəlsə də, səfərdə vurulan qolun hesabına “qırmızı-qaralar” ardıcıl 3-cü dəfə həlledici görüşə vəsiqə əldə edib. Turnirdəki yeganə Bakı təmsilçisi “Zirə”ylə doğma meydanda 0-0 edən “Sumqayıt” səfərdə Peyman Babayinin het-triki sayəsində rəqibiylə 3-3 heç-heçə edərəki tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.

Mayın 19-da Naxçıvanda keçiriləcək final görüşündə “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.

1 may (çərşənbə)

“Qarabağ” – “Qəbələ” 2:1


Qollar: Markos Madera 37, Dani Kintana 58 - Davit Volkov 82

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00

“Zirə” – “Sumqayıt” 3-3 


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu, 20:00

Digər xəbərlər