"Barselona" - "Liverpul" oyunu ona tapşırıldı

"Barselona" - "Liverpul" oyunu ona tapşırıldı
Futbol
29 Aprel 2019 - 17:00
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Barselona" - "Liverpul" matçının  hakimləri müəyyənləşib.

Supersport.Az  UEFA-nın saytına istinadən xəbər verir ki, "Nou Kamp"dakı görüş hollandiyalı hakimlər briqadasina tapşırılıb.

Matçı Byörn Kuypers idarə edəcək. Ona yan xətdə Mario Diks və Ervin Zeinstra kömək edəcək.Dördüncü hakim funksiyasını yunanıstanlı Anastasios Sidiropulos yerinə yetirəcək. VAR sisteminə isə Danni Makkelie nəzarət edəcək.

Qeyd edək ki, mayın 1-də keçiriləck "Barselona" - "Liverpul" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər xəbərlər