Azərbaycanın Avroliqaya xərcləyəcəyi məbləğ

Azərbaycanın Avroliqaya xərcləyəcəyi məbləğ
Futbol
26 Aprel 2019 - 21:45
Bakıda keçiriləcək Avropa Liqasının finalının büdcəsi təxminən 7 milyon dollardır.

Supersport.Az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı jurnalistlərə açıqlamasında bu haqda deyib.
"Avropa Liqasının finalına hazırlıq işlərinə gəlincə, təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbiri xərclərinə kifayət edəcək" - deyə Məmmədov bildirib.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər