Qurban Qurbanov yerini qorudu

Qurban Qurbanov yerini qorudu
Futbol
18 Aprel 2019 - 14:50
Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb.

Supersport.Az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yerini qoruyub. Təcrübəli mütəxəssis, ötən həftə olduğu kimi, yenə 537-ci pillədə qərarlaşıb. 47 yaşlı məşqçinin aktivində 1073 xal var.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde 14464 xalla zirvəyə yüksəlib. "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo ikinci pillədə yer alıb (14444 xal). "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone isə 11376 xalla yenidən ilk "üçlüy"ə qayıdıb.

Digər xəbərlər