Eksklüziv: AFFA-nın imtahanından kəsilən 6 hakim - FİFA referiləri də bu siyahıda

Eksklüziv: AFFA-nın imtahanından kəsilən 6 hakim - FİFA referiləri də bu siyahıda
Futbol, Eksklüziv
18 Aprel 2019 - 15:14
Supersport.Az-a futbol hakimlərimizlə bağlı şok xəbər daxil olub.

Məlumatlı mənbənin bildirdiyinə görə, AFFA-nın keçirdiyi fiziki hazırlıq testindən 6 referi keçə bilməyib.

Ölkədə olan üç FİFA referisindən 2-sinin imtahandan kəsilməsi futbol hakimliyinin də səviyyəsinin çox aşağı, acınacaqlı vəziyyətdə olduğunu göstərir.

AFFA-nın sınağından keçə bilməyənlərə Hakimlər Komitəsi sədri Fritz Ştuxlik qəzəblənib və onları cəzalandırıb. Avstriyalı futbol adamı, hakimləri oyunlardan kənarda qoyub.

FİFA referilərindən yalnız Əliyar Ağayev imtahanda uğur qazansa da, Rəhim Həsənovla Rauf Cabbarov aciz qalıblar.

Digər hakimlərdən Rəvan Həmzəzadə, Orxan Məmmədov, Ziya Nəsirov, Nail Nağıyev də imtahanın öhdəsindən gələ bilməyiblər.

Premyer Liqada son dəfə Rauf Cabbarovla Rəvan Həmzəzadə 22-ci, Rəhim Həsənovla Orxan Məmmədov 23-cü turda fəaliyyət göstərib.

Digər xəbərlər