Sərbəst güləş yığmamız Avropa üçüncüsü oldu - Şərif Şərifovdan da çempionluq

Sərbəst güləş yığmamız Avropa üçüncüsü oldu - Şərif Şərifovdan da çempionluq
Digər, Güləş, Foto
10 Aprel 2019 - 23:16
Supersport.Az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yığmamız zəfərə imza atıb.

3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.

Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.

 

Digər xəbərlər