AFFA-dan "Neftçi"yə cəza, ciddi xəbərdarlıq

AFFA-dan "Neftçi"yə cəza, ciddi xəbərdarlıq
Futbol
09 Aprel 2019 - 14:51
Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının son turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
23-cü turun “Neftçi” – “Zirə” matçında "ağ-qaralar"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində "Zirə"nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra qonaq komandanın qapıçısı Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1600 manata xərcə düşüb.

Qərarda qeyd edilib ki, matçın ikinci hissəsi "Neftçi"nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığından klub 2400 manat cərimə olunub. Oyundan sonra "Neftçi"nin mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.

 

Digər xəbərlər