Azərbaycan futbolunda dava - Video

Azərbaycan futbolunda dava - Video
Futbol, Video
06 Aprel 2019 - 21:24
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən "Neftçi" - "Zirə" oyunu qalmaqalla yadda qalıb.

Matç zamanı və bitdikdən sonra hər iki komandanın futbolçuları arasında dava olub.

Meydan sahiblərinin oyunçusu Baqali Dabo və qonaqların üzvü Bəxtiyar Həsənalızadə bir-birilərinə hücum edib.

"Zirə"nin qapıçısı Orxan Sadıqlı görüşün baş hakimi İnqilab Məmmədovun üzərinə gedib və qırmızı vərəqəylə cəzalanıb. Qalmaqalı aradan qaldırmaq üçün meydana polislər və qonaq komandanın baş məşqçisi Samir Abasov daxil olublar. Çox çətinliklə aranı sakitləşdirmək mümkün olub.

"Nefçti" - "Zirə" görüşü meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər