Millimiz yerində saydı
Futbol
04 Aprel 2019 - 21:03
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, son reytinqlə müqayisədə 4 xal itirən millimiz mövqeyini qoruyub. Yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında martda AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə bərabərə qalan (0:0) komanda 1202 xalla 108-ci yerdədir.
Qeyd edək ki, siyahıya 1737 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1734), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.

Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1621) 5-ci, Uels (1539) 19-cu, Slovakiya (1482) 32-ci, Macarıstan (1419) 51-ci pillədə qərarlaşıb.