"Real Madrid"in transfer siyahısı: 1 milyard avro ayrılacaq
Futbol, Foto
31 Mart 2019 - 16:14
Supersport.Az-ın məlumatına görə, "Real Madrid" ardıcıl Çempionlar Liqası olmaqla ümumilikdə 9 kubok qazandıran mütəxəssis Zinedin Zidanı komandaya qaytardıqdan sonra dəyəri milyard avroyla ölçülən transfer siyahısı hazırlanıb.
Baş məşqçi əvvəlki şöhrəti qazanmaq üçün mühüm addımlar atılacağını bəyan edib.
İspaniya klubunun transfer siyahısında ulduz futbolçular yer alıb. Bu sırada Neymar, Mbappe, Cengiz Undər, Paul Poqba, Eden Hazard var.
"Barselona"nı ilk növbədə zirvədən salmağı hədəfləyən "Real" rəhbərliyinin Zidana yeni oyunçuların gətirilməsində 1 milyard avro ayıracağı bildirilir.
Neymar (PSJ)