AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ"ı mükafatlandırmağa gəlmədi

Futbol
318
18 May 2025 - 23:21
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi "Qarabağ" mükafatlandırılıb.
Suraxanıda yerləşən "Azersun Arena"da keçirilən mükafatlandırma mərasiminə AFFA prezidenti Rövşən Nəcəf gəlməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli saytımıza bildirib ki, Rövşən Nəcəf Bakıda deyil. Ağdam klubunun əvvəlki çempionluğunda R.Nəcəf tədbirə gəlmişdi.
"Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunub. Tədbirdə "Qarabağ"ın prezidenti Tahir Gözəl, AFFA rəsmilərindən Cahangir Fərəcullayev, Sərxan Hacıyev, PFL-in rəhbərlərindən biri Elgiz Abbasov iştirak edib.