"Traktor"dan fars rejiminin media qurumlarına kəskin etiraz

Futbol
301
18 May 2025 - 11:41
Cənubi Azərbaycanın "Traktor" Futbol Klubu İranın Şərqi Azərbaycan Radiosu və Televiziyasının (Sahand TV) qeyri-peşəkar davranışları ilə bağlı bəyanat yayıb.
"Traktor" İranın bəzi media qurumlarıyla əməkdaşlığı dayandırdığını bəyan edib:
"Traktor" Klubunun əyalət radiosu və televiziyası ilə əməkdaşlığı dayandırıldı.
Rəsmi media orqanının məlumatına görə, Şərqi Azərbaycan vilayətinin radio və televiziyasının komandanın çempionluq bayramı proqramına dəfələrlə mane olması və müdaxilə etməsi səbəbindən, klubun İdarə Heyəti klubun və azarkeşlərin maddi-mənəvi hüquqlarını qorumaq məqsədilə bu qurumla əməkdaşlığı dayandırmaq qərarına gəlib".