Azərbaycan cüdosunun inkişafında xüsusi xidmətləri olmuş şəxslərin yubileyi qeyd edilib - Foto
Supersport.Az xəbər verir ki, 30 noyabr tarixində qadınlar və kişilər arasında ölkə çempionatı çərçivəsində 2024-cü ildə Azərbaycan cüdosunun inkişafında xüsusi xidmətləri olmuş bir neçə cüdo ailəsi üzvünün yubileyi ilə bağlı mərasim təşkil olunub. Mərasimdə Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov, veteran cüdoçular arasında 12 qat dünya, 10 qat Avropa çempionu Fərhad Rəcəbli, dünya və Avropa çempionatlarının mükafatçısı, ACF prezidentinin müşaviri Natiq Bağırov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Sevda Qarayeva, çoxsaylı beynəlxalq yarışların qalibi, Azərbaycan cüdosunun fəxri siması veteran cüdoçu Faiq Ağayev, Əməkdar məşqçi, Azərbaycan Cüdo Federasiyasının nizam-intizam komissiyasının üzvü Ruzbeh Vəliyev və Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Mövlud Mirəliyevə yubileyləri münasibətilə Azərbaycan Cüdo Federasiyası adından təbrik plaketləri təqdim edilib.
Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova 6-cı DAN sertifikatı təqdim edilib.