Sumqayıtda azarkeşlərdən rekord - Foto

Sumqayıtda azarkeşlərdən rekord - Foto
Futbol, Foto, Arena
05 Fevral 2024 - 10:10

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb. XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib. 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordudur. Bunadək rekord X turun “Turan Tovuz” “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 seyrçi izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.


Digər xəbərlər