AFFA futbolçuları cəzalandırdı

AFFA futbolçuları cəzalandırdı
Futbol
110
13 Mart 2025 - 15:51

AFFA İntizam Komitəsinin iclası keçirilib.


Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan" - "Qarabağ" görüşündə baş verən mübahisədə iştirak edən futbolçular cəzalandırılıb: 


08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 97 nömrəli futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32); 


08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);


08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə  1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);


08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

Digər xəbərlər