Qış seminarında 600 iştirakçı - Foto

Qış seminarında 600 iştirakçı - Foto
Karate, Digər, Döyüş
29 Yanvar 2024 - 10:00

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Fullkontaky Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib. Tədbirdə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı iştirak edib. Seminara 60-dan çox məşqçi-müəllim də cəlb olunub. Seminarda Bakı ilə yanaşı Gəncə, Lənkəran, Yevlax və digər bölgələrdən idmançılar da iştirak ediblər. AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə hərəkətlər nümayiş etdirilib. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Digər xəbərlər