Olimpiya çempionu Hidayət Heydərov millidən kənarlaşdırıldı

Olimpiya, Digər, Cüdo
426
22 Aprel 2025 - 11:40
Supersport.Az xəbər verir ki, Avropa çempionatında çıxış edəcək cüdo üzrə milli komandanın heyətində dəyişiklik olub. Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.