"Zirə" "Qarabağ"ın çempionluğuna mane oldu

Futbol
308
20 Aprel 2025 - 20:53
Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.
Supersport.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
"Şamaxı" "Kəpəz"i qəbul edib. Şamaxı klubu 2:1 hesabıyla qalib gəlib.
Turun son görüşü isə Zirədə baş tutub.
"Zirə" "Sumqayıt"la üz-üzə gəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu görüşdə xal itirsə, "Qarabağ" 12-ci çempionluğunu vaxtından əvvəl gerçəkləşdirəcəkdi. Lakin "Zirə" "Sumqayıt" üzərində qələbə qazandığı üçün Ağdam klubunun erkən çempionluğu ləngiyib.
"Şamaxı" – "Kəpəz" 2:1
Qollar: Alfons 27, Konate 67 - Paçu 35
Şamaxı şəhər stadionu
Baş hakim:Cavid Cəlilov
19:00 "Zirə" – "Sumqayıt" 3:1
Qollar: Papunaşvili 6, Junior 45+1, Salifu Suma 90- B. Abdixolikov,52
Bakı, Zirə İdman Kompleksinin stadionu