"Qarabağ" "Səbail"i məhv etdi

Futbol
337
11 Fevral 2025 - 20:51
Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.
Supersport.Az saytının məlumatına görə, son oyun günündə bir matç keçirilib.
Çempionatın lideri “Qarabağ” sonuncu pillədəki “Səbail”i qəbul edib. Ağdam klubu rəqibini 5:0 hesabıyla darmadağın edib.
Azərbaycan Premyer Liqası
XXII tur
11 fevral
19:00. “Qarabağ” - “Səbail” 5:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika stadionu
9 fevral
“Şamaxı” - “Sumqayıt” - 1:0
“Sabah” - “Turan Tovuz” - 2:1
10 fevral
"Zirə" - "Neftçi" 1:2