"Qarabağ"la "Sabah" dünya reytinqində gerilədi

Futbol
360
10 Fevral 2025 - 11:39
"Qarabağ" dünya reytinqində 6 pillə geriləyib.
Supersport.Az-ın məlumatına görə,Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib.
"Qarabağ" 166,25 xalla 87-ci pillədədir.
"Zirə" (103,25 xal) 208-ci sırada qalıb.
"Sabah" (61 xal) 14 pillə geriləyərək 400-cü, "Turan Tovuz" 5 sıra enməklə (53,75 xal) isə 499-cu yeri tutur.
Qeyd edək ki, 504 komandanın yer aldığı siyahıda İspaniya təmsilçisi "Real Madrid" (481 xal) birincidir.