AFFA legioner limitini ləğv etdi, çempionatda klubların sayını artırdı

AFFA legioner limitini ləğv etdi, çempionatda klubların sayını artırdı
Futbol
524
03 Fevral 2025 - 23:02

Supersport.Az xəbər verir ki, 3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

 

Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.

 

İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib.

 

Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.

 

İclasda Azərbaycan Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

 

Eyni zamanda Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

 

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Digər xəbərlər