Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü pillələri tutan komandalar 8 cüt təşkil ediblər.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
"Brest” (Fransa) – PSJ (Fransa)
"Monako” (Fransa) - “Benfika” (Portuqaliya)
"Sportinq” (Portuqaliya) – Borussiya” Dortmund (Almaniya)
“Brügge” (Belçika) - “Atalanta” (İtaliya)
“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya)
“Seltik” (Şotlandiya) - “Bayern” (Almaniya)
“Yuventus” (İtaliya) – PSV (Niderland)
“Feyenoord” (Niderland) - “Milan” (İtaliya)
Qeyd edək ki, bu raundun oyunları 11-12 və 18-19 fevral baş tutacaq. “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer 04” (Almaniya), və “Lill” (Fransa) birbaşa 1/8 finalda iştirak edəcəklər.