"Olimpiakos" "Qarabağ"dan qisas aldı

Futbol
429
31 Yanvar 2025 - 01:54
"Qarabağ" bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin son matçını keçirib.
Supersport.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Olimpiakos"un qonağı olub.
Qarşılaşmaya Bakı vaxtı ilə 00:00-da start verilib.
Azərbaycan çempionu 36 komanda arasında 3 xalla 34-cü pillədə, "Olimpiakos" isə 12 xalla 12-ci sırada idi.
Yunanıstan klubu 3 cavabsız qolla qalib gəlib. İki il əvvəl "Qarabağ" səfərdə "Olimpiakos"u 3:0 hesabıyla məğlub etmişdi. Yunan klubu bu hesabla qələbə qazanaraq, qisas alıb.
"Qarabağ" 36 komanda sırasında 3 xalla sonuncu olub.
Avropa Liqası Liqa mərhələsi
VIII tur
30 yanvar
00:00 "Olimpiakos" (Yunanıstan) – "Qarabağ" (Azərbaycan) 3:0
Qollar: El-Kaabi, 56, 60, Biankon, 89
Baş hakim: Radu Petresku (Rumıniya)

