"Qarabağ"ın arzusu puç oldu 

"Qarabağ"ın arzusu puç oldu 
Futbol
440
23 Yanvar 2025 - 23:47

Supersport.Az saytının məlumatına görə, "Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Rumıniyanın FCSB klubu ilə qarşılaşlb. 


Qurban Qurbanovun komandası pley-off şanslarını qorumaq üçün Rumıniya klubuna mütləq qalib gəlməli idi. Lakin "Qarabağ"la növbəti məğlubiyyətlə barışaraq pley-off mərhələsinə vəsiqə şansını itirib.


Azərbaycan çempionu Rumıniya klubuna 2:3 hesablı məğlub olub.


Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade qol vurub. Beş dəqiqə sonra qonaqların futbolçusu Adrian Şut bərabərliyi təmin edib. "Qarabağ" 41-ci dəqiqədə yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David Mikelesku yenidən hesaba tarazlıq gətirib. FCSB kollektivinin heyətində 73-cü dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.


"Qarabağ" 3 xalla Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.


Hazırda turnir cədvəlində FCSB  xalını 14-ə çatdırıb.




"Qarabağ"ın isə hesabındakı 3 xalla pley-off arzusu puç olub.



"Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.




UEFA Avropa Liqası




Liqa mərhələsi, VII tur




23 yanvar




21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) 2:3




Baş hakim: Filip Qlova (Slovakiya)




Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu






 

Digər xəbərlər